Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

GƏNC ŞƏRQŞÜNAS MÜSABİQƏDƏ FƏRQLƏNİB

29 Mart 2019

Azərbaycan Milli Elmlər Akademiyasının gənc qadın alimləri üçün elan olunan "Gənc qadınlar elmdə" müsabiqəsinin nəticələri açıqlanıb. AMEA-nın prezidenti, akademik Akif Əlizadənin 5 fevral 2019-cu il tarixli Sərəncamına əsasən təşkil edilən müsabiqənin məqsədi akademiyada çalışan gənc qadınların elmin müxtəlif sahələrində apardıqları tədqiqatlarını, əldə etdikləri nailiyyətlərini, aktual və müasir elmi problemlərin Azərbaycan üçün prioritet olan istiqamətlərində elmi fəaliyyətini stimullaşdırmaq və onların elmin inkişafında rolunu daha da artırmaqdır.

 

Müsabiqədə iştirak üçün 69 gənc qadının namizədliyi irəli sürülüb. Müsabiqədə fərqlənənlər sırasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türk filologiyası şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Ülkər Baxşiyeva da var. Ü.Baxşiyeva müsabiqədə 3-cü yerə layiq görülənlər sırasındadır.

Qeyd edək ki, qaliblərə I yer üçün 3000 manat, II yer üçün 2000 manat, III yer üçün isə 1500 manat məbləğində pul mükafatları və diplomlar təqdim olunacaq.

Download Template Joomla 3.0 free theme.