Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA ELM GÜNÜ QEYD EDİLDİ

19 Mart 2019

Martın 19-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Mart - Elm Gününə həsr olunan yığıncaq keçirilib.

Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva ölkədə elmə dövlət qayğısından danışaraq, Prezident İlham Əliyevin 9 aprel 2018-ci il tarixli Sərəncamı ilə respublikada Elm Gününün təsis edilməsinin bu diqqətin bariz nümunəsi olduğunu  vurğuladı.

 

 G.Baxşəliyeva ulu öndər Heydər Əliyevin ölkənin həyatının bütün sahələrinə, o cümlədən elmə böyük diqqət yetirdiyini söylədi. Ulu öndərin ikinci dəfə hakimiyyətə qayıdanda, 1993-cü ildə birinci görüşünü məhz Elmlər Akademiyasında Azərbaycan ziyalıları ilə keçirdiyini xatırladan Gövhər xanım, onun həmin görüşdə söylədiyi sözləri yada saldı: “Elmlər Akademiyası Azərbaycan xalqının bir neçə nəsli tərəfindən yaradılmış milli sərvətidir, biz onu qoruyub yaşatmalıyıq”.

G.Baxşəliyeva bildirdi ki, ötən ilin sonunda 60 yaşını qeyd edən Şərqşünaslıq İnstitutu bu illər ərzində elmimizə böyük töhfələr verib, burada akademik Əbdülkərim Əlizadənin mətnşünaslıq, akademik Ziya Bünyadovun mediyevistika, akademik Həmid Araslının türkologiya, professor Aida İman­qu­li­ye­va­nın ərəbşünaslıq, professor Rüstəm Əliyevin iranşünaslıq məktəbləri yaranıb. Bu gün Şərqşünaslıq İnstitutunda çalışanların əksəriyyəti bu böyük alimlərin bilavasitə şagirdləri və davamçılarıdır.

Gövhər xanım ötən ilin noyabrında Şərqşünaslıq İnstitutunun bir qrup əməkdaşının Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə yüksək fəxri adlar, orden və medallarla təltif edildiyini söyləyərək, bunun bütövlükdə İnstitutun kollektivinin səmərəli fəaliyyətinə dövlət başçısı tərəfindən verilən yüksək qiymət olduğunu qeyd etdi.

Tədbirdə İnstitutun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə, İnstitutun həmkarlar təşkilatının sədri tarix üzrə fəlsəfə doktoru Sübhan Talıblı, Nəşriyyat və elmi informasiya şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru Ruhəngiz Cümşüdlü və başqaları çıxış edərək, Azərbaycan elminin tarixində Şərqşünaslıq İnstitutunun tutduğu yerdən danışdılar, İnstitutunun çoxsaylı kollektivinin əzmlə, böyük həvəslə çalışıraq milli şərqşünaslıq elmimizin şərəfli ənənələrini yaşatdığını, onu inamla yeni zirvələrə doğru apardığını bildirdilər.

 

Download Template Joomla 3.0 free theme.