Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “ ŞƏRQ ARAŞDIRMALARI” toplusunda məqalə nəşrinə dair TƏLƏBLƏR

04 Mart 2019

1.     AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Şərq araşdırmaları” toplusuna məqalələr Azərbaycan və rus dillərində çap şəklində, elektron daşıyıcıda və email vasitəsilə ( This email address is being protected from spambots. You need JavaScript enabled to view it. ) qəbul edilir.

 

2.     Dərc olunacaq məqalələrə görə müvafiq elmi sahə üzrə elmlər doktorunun rəyi tələb olunur.

3.     Məqalələrin həcmi 15 vərəqdən( A4) artıq olmamalıdır. ( şrift: Times New Roman- 14,interval: 1,5, sol kənar 3sm., sağ kənar 1,5 sm., yuxarı hissə 2 sm., aşağı hissə 2sm. )

4.     Məqalənin adı altında müəllifin adı, soyadı, işlədiyi müəssisə, vəzifəsi və email ünvanı göstərilməlidir.

5.     Məqalənin sonunda 2 dildə ( rus və ingilis) 150- 200 sözdən ibarət xülasə ( məqalənin adını yazmaq şərtilə) və 3 dildə ( Azərbaycan, rus və ingilis )açar sözlər verilməlidir və 2 dildə yazılmış xülasələr məzmunca eyni olmalıdır.

6.     Məqalələrin qəbulu üçün son 5-10 ilin elmi əsərlərinə istinadlar vacibdir.

7.     Ədəbiyyat siyahısı əlifba sırası ilə verilməlidir. Nümunə: Axundov. A. (2003). Dil və ədəbiyyat. Bakı: Gənclik.

8.     Mətnin içərisində istinadlar müəllifin soyadı, əsərin nəşr ili və səhifəsi ardıcıllıqla verilməlidir. Nümunə: ( Axundov, 2007 ; 114)

9.     Hər bir məqalə redaksiya heyətinin rəyinə əsasən çap olunur.

10. Plagiatlıq faktı aşkar edilən məqalələr dərc edilmir.

11. Əlyazmalar geri qaytarılmır.

12. Məqalələrin nəşri ödənişlidir. ( Şərqşünaslıq İnstitutunun əməkdaşları istisna olmaqla)

Qeyd: “Şərq araşdırmaları” toplusuna məqalələrin qəbulu üçün son tarix: 05.04.2019

Əlaqə: AMEA Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutu, otaq 721.

Tel: 055 471 13 66; e-mail: This email address is being protected from spambots. You need JavaScript enabled to view it.

Download Template Joomla 3.0 free theme.