Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA 20 YANVAR ŞƏHİDLƏRİ YAD EDİLDİ

18 Yanvar 2019

Yanvarın 18-də AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 1990-cı il yanvarın 20-də sovet qoşunlarının Azərbaycanda törətdiyi qanlı faciədə şəhidlik zirvəsinə ucalan mərd Vətən övladlarının xatirəsi yad edildi.

 20 Yanvar faciəsinin 29-ci ildönümünə həsr edilmiş tədbirdə çıxış edən millət vəkili, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə baş vermiş faciəli hadisələrin xalqımızın qəhrəmanlıq tarixi olduğunu qeyd etdi: “Həmin gecə Azərbaycan xalqı öz müstəqilliyi, azadlığı uğrunda mübarizəyə qalxdı. Böyük imperiyanın hərbi maşını Azərbaycana təcavüz etmişdi. Ağır hərbi texnikanın və təpədən-dırnağadək silahlanmış amansız hərbçilərin qarşısına əliyalın çıxmaq fədailik idi. Şəhidlərimiz öz qanları ilə xalqımızın qəhrəmanlıq salnaməsinə növbəti səhifə yazdılar. Bu qanlı hadisələrdə xalqımız 137 şəhid verdi, 700-ə yaxın insan yaralandı”.

 

G.Baxşəliyeva həmin günlərdə, Azərbaycanın hərtərəfli blokadaya alındığı bir zamanda ümummilli lider Heydər Əliyevin Moskvada, başda Mixail Qorbaçov olmaqla Sovet rəhbərliyini tənqid edən bəyanat verməsini və Azərbaycan xalqının səsini bütün dünyaya çatdırmasını vurğuladı.

Tədbirdə Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəl.ü.f.d. Esmeralda Həsənova, İnstitutun həmkarlar təşkilatının sədri, t.ü.f.d. Sübhan Talıblı və başqaları çıxış edərək, bu qanlı hadisələrdən illər keçməsinə baxmayaraq, xalqımızın o müdhiş gecəni daim xatırladığını və bu faciəni törədənlərə öz dərin nifrətini bildirdiyini söylədilər.

 

 

Download Template Joomla 3.0 free theme.