Kitabda tövhid məfhumu müxtəlif prinsiplər əsasında öyrənilir; o, dünyanı izah edən baxış, mədəniyyətin əsası, metafizika fəlsəfəsinin ilk prinsipi, əxlaq fəlsəfəsində ilk postulat hesab edilir, müsəlman ümmətini birləşdirəcək universal dəyər olaraq nəzərdən keçirilir, müsəlman estetikasında istinad nöqtəsi kimi qəbul edilir.