Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Sİ CİNPİNİN DÖVLƏT İDARƏÇİLİYİ HAQQINDA SEÇİLMIŞ ÇIXIŞLARI

04 Yanvar 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, coğrafiya üzrə fəlsəfə doktoru Rafiq Abbasovun çin dilindən tərcümə etdiyi “Si Cinpinin dövlət idarəçiliyi haqqında seçilmiş çıxışları” kitabı işıq üzü görüb.

Kitabda Çin Xalq Respublikasının sədri Si Cinpinin Çinin modernləşdirilməsi istiqamətində həyata keçirilən dövlət idarəçiliyində Çin konsepsiyasını və siyasi strategiyasını əks etdirən müəyyən çıxışları toplanmışdır.

Bu çıxışlarda onun bir siyasi xadim olaraq aşkarlıq və islahatların dərinləşməsi, İpək yolu İqtisadi zolağı layihəsinin reallaşdırılması kimi millətin dirçəlişi ilə əlaqədar görüşləri yer almışdır. Kitab hazırda Çində mövcud siyasi mədəniyyət, eyni zamanda dövlət idarəetmə sistemi ilə, həmçinin Çin Xalq Respublikasının sədri Si Cinpinin siyasi baxışları və yürütdüyü siyasi kurs ilə maraqlananlar üçün nəzərdə tutulmuşdur.

Download Template Joomla 3.0 free theme.