Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

CÜMHURİYYƏTİN “AZƏRBAYCAN” ADLANDIRILMASI VƏ ONUN TARİXİ ƏHƏMİYYƏTİ

04 Yanvar 2019

AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Solmaz Rüstəmova-Tohidinin hazırladığı Cümhuriyyətin “Azərbaycan” adlandırılması və onun tarixi əhəmiyyəti” kitabı işıq üzü görüb.

Kitabda 1918-ci ildə Şimali Azərbaycanın tarixi ərazilərində yaradılan yeni müstəqil milli dövlətə “Azərbaycan” adının verilməsi və bu hadisənin bir sıra xarici qüvvələr və ölkələr, ilk növbədə İran dövləti və mətbuatı tərəfindən birmənalı qarşılanmadığı kimi məsələlər tədqiq edilir. Dövri mətbuat, arxiv sənədləri və müxtəlif elmi tədqiqat əsərləri daxil olmaqla geniş mənbələr əsasında yazılmış bu tarixi oçerkdə “Azərbaycan” toponiminin hələ XIX əsrin sonları- XX əsrin əvvəllərində milli ruhlu Azərbaycan ziyalıları tərəfindən türk dilli mətbuatda və ədəbiyyatda dövriyyəyə gətirildiyi, sonrakı mərhələlərdə Azərbaycan ictimai-siyasi fikrində və Azərbaycan xalqının şüurunda təsbit olunduğu və 1918-ci ildə yeni yaranan dövlətin məhz tarixi-milli zəmində “Azərbaycan” adlandırıldığı göstərilir

Download Template Joomla 3.0 free theme.