Kitab Azərbaycanda milli-demokratik hərəkatın görkəmli nümayəndəsi, ilk Azərbaycan diplomatı Əlimərdan bəy Topçubaşovun 1918-1919-cu illər Azərbaycanın fövqəladə səfiri və səlahiyyətli naziri qismində İstanbulda Türkiyənin bir sıra ali dövlət xadimləri, həmçinin Amerika, İngiltərə, İtaliya, Hollandiya, Rusiya, İran və digər ölkələrin İstanbuldakı nümayəndələri ilə keçirdiyi diplomatik görüşlərə dair Azərbaycan hökumətinə göndərdiyi sənədlərdən ibarət topludur.
Kitaba həmçinin Berlində çıxan “Qurtuluş” jurnalının Əlimərdan bəyin 1934-cü ildə vəfatı münasibətilə onun xatirəsinə həsr olunmuş 2-ci sayının materialları, informasiya-məlumat aparatı və şəkillər daxil edilmişdir.