Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ZENFİRA RÜSTƏMOVA. İRAQ-TÜRKMAN LƏHCƏSİNİN TƏDQİQİ TARİXİ VƏ DİL XÜSUSIYYƏTLƏRİ

04 Yanvar 2019

AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun böyükelmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Zenfira Rüstəmovanın “İraq-türkman ləhcəsinin tədqiqi tarixi və dil xüsusiyyətləri” adlı kitabı işıq üzü görüb. Dörd fəsildən ibarət olan əsər İraqda yaşayan, azərbaycanca danışan, sayı iki milyon yarımı keçən türkman adlanan soydaşlarımızın ləhcəsi – dialekti barədə uğurlu tədqiqatdır.

Monoqrafiyanın 1-ci fəslində müəllif İraqda yaşayan tükmanların tarixindən söz açır. 2-ci fəsildə tədqiqatçı Azərbaycan alimlərinin İraq türkman ləhcəsinə dair əsərlərindən bəhs edir. Monoqrafiyanın 3-cü fəsli İraq türkman ləhcəsində yazı, imla çətinlikləri və onların aradan qaldırılması yollarına həsr olunub. 4-cü fəsildə İraq türkman ləhcəsində işlənən ərəbcədən alınmaların fonetik və leksik xüsusiyyətləri araşdırılır.

Download Template Joomla 3.0 free theme.