F.İbrahiminin oxuculara təqdim olunan “Sülh uğrunda” adlı kitabı Azərbaycanın diplomatiya tarixini, milli ideologiyamız olan azərbaycançılığın formalaşması və inkişafını izləmək və öyrənmək baxımından çox faydalıdır. Belə ki, Azərbaycan adına, onun azadlıq və istiqlaliyyət, sülh uğrunda mübarizə tarixinə kölgə salanlar, böhtan atanlar, iftira söyləyənlər, siyasi və milli qərəzçilik, nadanlıq və ya müvafiq siyasi qurumların sifarişilə iş görənlər bu gün də öz çirkin, məntiqsiz, insanlığa sığmayan işlərindən əl çəkməmişlər.