Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

XOCALI – 1992 (FARS VƏ İNGİLİS DİLLƏRİNDƏ)

04 Yanvar 2019

İyirmi altı il əvvəl erməni təcavüzkarları Azərbaycanın Xocalı şəhərində bəşəriyyət tarixində ən qanlı faciələrlə bir sırada duran soyqırımı törədiblər. Bu soyqırımı barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədilə AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda fars və ingilis dillərində buklet hazırlanaraq nəşr etdirilib. Bukletdə 1992-ci il fevralın 26-da erməni hərbi birləşmələrinin Rusiya ordusunun 366-cı motoatıcı alayının hərbi texnikasının iştirakı ilə Dağlıq Qarabağın azərbaycanlılar yaşayan Xocalı şəhərinin işğalı zamanı törətdikləri görünməmiş vəhşiliklərdən bəhs edilir.

Bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 487 nəfərin şikəst olması, 1275 dinc sakinin girov götürülməsi, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmaması, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini itirməsi qeyd edlilir.

Hadisələr barədə ətraflı məlumat təqdim edilən bukletdə 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı günü kimi elan etməsi, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə, Fondun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası və s. barədə məlumat təqdim edilir.

Download Template Joomla 3.0 free theme.