Bu kütləvi qırğın nəticəsində 613 nəfərin, o cümlədən 106 qadının, 63 uşağın, 70 qocanın amansızlıqla qətlə yetirildiyi, 487 nəfərin şikəst olması, 1275 dinc sakinin girov götürülməsi, onlardan 150 nəfərin taleyinin hələ də məlum olmaması, 8 ailənin tamamilə məhv edilməsi, 25 uşağın hər iki valideynini itirməsi qeyd edlilir.
Hadisələr barədə ətraflı məlumat təqdim edilən bukletdə 1994-cü ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan parlamentinin 26 fevralı Xocalı soyqırımı günü kimi elan etməsi, faciə ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında Heydər Əliyev Fondunun, xüsusilə, Fondun prezidenti Mehriban Əliyevanın böyük xidmətləri, Fondun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası və s. barədə məlumat təqdim edilir.