Kitabda AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəylinin “Milli dövlətçilik tariximizin salnaməsi və dərsləri”, AMEA-nın İctimai Elmlər Bölməsinin akademik katibi, akademik Nərgiz Axundovanın “Maykl Aksvörtinin “Nadir şah”ı və Azərbaycan tarixşünaslığı”, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın “Milli tarixşünaslığımıza dair konseptual baxış”, Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayevin “Tarixin və bu günün işığında Nadir şah”, Şərqşünaslıq İnstitutununu İran tarixi şöbəsinin müdiri, t.ü.f.d. Vidadi Mustafayevin “Maykl Aksvörtinin “Nadir şah” kitabı və müasir dövr”, Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, t.ü.f.d. Səməd Bayramzadənin “Maykl Aksvörtinin “Nadir şah” kitabı azərbaycançılıq baxımından”, AMEA Fəlsəfə İnstitutunun direktor müavini, f.ü.f.d. Eynulla Mədətlinin “Əfşarlar və Nadir şahın hakimiyyəti İran tarixşünaslığında” məqalələri yer alıb.