Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ ELMİNİN TƏBLİĞİNDƏKİ XİDMƏTLƏR DƏYƏRLƏNDİRİLDİ

19 Dekabr 2018

Dekabrın 19-da AMEA Rəyasət Heyəti aparatının Mətbuat və informasiya idarəsinin təşkilatçılığı və AMEA Azad Həmkarlar İttifaqının dəstəyi ilə “Elmin populyarlaşdırılmasında KİV-in rolu” mövzusunda “dəyirmi masa” keçirilib.

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında təşkil edilən tədbirdə Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, ölkənin aparıcı qəzetlərinin baş redaktorları, xəbər saytlarının rəsmiləri, Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin dekanı, fil.e.d. Vüqar Zivəroğlu, AMEA institutlarının ictimaiyyətlə əlaqələr şöbələrinin müdirləri və KİV nümayəndələri iştirak ediblər.

 

Tədbirdə AMEA Rəyasət Heyəti aparatı Mətbuat və informasiya idarəsinin rəisi Zülfüqar Fərzəliyev, Mətbuat və informasiya idarəsinin rəis müavini Ülviyyə Rzayeva,  Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinin dekanı Vüqar Zivəroğlu, Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov, Dilçilik İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri, fil.ü.f.d., dosent Təranə Şükürlü və digərləri çıxış edərək elmin populyarlaşmasında AMEA ilə müxtəlif KİV-lər arasında əlaqələrin genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Sonda bir sıra KİV-lərin nümayəndələrinə, həmçinin AMEA institutlarının İctimaiyyətlə əlaqələr şöbələrinin müdirlərinə elmin təbliğindəki xidmətlərinə görə AMEA tərəfindən təşəkkürnamələr təqdim olunub. Təşəkkürnamə alanlar sırasında AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Vüqar Məmmədov da olub.

 

Download Template Joomla 3.0 free theme.