Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda “Müasir Azərbaycan dövlətçiliyi tarixi Qarabağ münaqişəsi bucağından (1918-2023)” mövzusunda mühazirə oxunub

19 Oktyabr 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor  Solmaz Rüstəmova-Tohidi oktyabrın 16-da institutda “Müasir Azərbaycan dövlətçiliyi tarixi Qarabağ münaqişəsi bucağından (1918-2023)” mövzusunda mühazirə oxuyub.

Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlü tədbiri giriş sözü ilə açaraq bildirib ki, institutun aparıcı alimləri tərəfindən gənc tədqiqatçılar üçün təşkil olunan bu cür mühazirələr onların nəzəri biliklərinin zənginləşməsi və elmi-tədqiqat metodologiyasına yiyələnmələri baxımından mühüm ustad dərsi xarakteri daşıyır. R.Cümşüdlü S.Rüstəmova-Tohidinin mühazirəsinin gənc alimlərin peşəkar təcrübəsinin artırılmasında, eləcə də müasir dövlətçilik tariximizin dərindən öyrənilməsində müstəsna əhəmiyyət kəsb edəcəyini vurğulayıb.



Professor S.Rüstəmova-Tohidi Müasir Azərbaycan dövlətçiliyinin tarixi mərhələlərini təsnif edərək, bu mərhələlərin hər birində Qarabağ ətrafında proseslərin hansı məcrada inkişaf etməsini diqqətə çatdırıb. Məruzəçi Azərbaycan Xalq Cümhuriyyəti, Azərbaycan SSR və Azərbaycan Respublikası dönəmlərində dövlətin münaqişəni idarə və həll etmə qabiliyyətini müəyyənləşdirən amillərdən bəhs edib. Dövlət, lider, ordu, xalq, millət, güzəşt kimi amillərdən bəhs edən tarixçi-alim münaqişənin hər mərhələsində bu amillərin nisbi gücü və zəifliyinin fərqli nəticələr doğurduğunu, nəhayət 2020–2023-cü illərdə onların uzlaşmasının Azərbaycanın strateji məqsədlərinə nail olmasına şərait yaratdığını qeyd edib. Son hadisələrin nəticəsində Azərbaycan dövlətinin Qarabağın bütün ərazisi üzərində faktiki suveren nəzarətini tam bərpa etdiyini deyən professor S.Rüstəmova-Tohidi qeyd edib ki, Qarabağ məsələsinin iki əsrə yaxın davam edən tarixi bu münaqişənin heç vaxt yalnız hərbi, diplomatik və ya hüquqi mübahisə olmayaraq müxtəlif tarixi dövrlərdə Azərbaycan dövlətçiliyinin möhkəmliyi, milli iradənin davamlılığı və tarixi qərarvermə qabiliyyətinin sınaq nöqtəsi kimi çıxış etməsini göstərdiyini, hər üç respublika dövründə Qarabağ məsələsinin taleyində əsas rol oynamış sadalanan 6 amilin eyni tarixi anda uzlaşmasının Qarabağ məsələsinin Azərbaycan dövlətçiliyi baxımından tam həllini və öz tarixində yeni mərhələyə keçidini mümkün etdiyini bildirib.

Sonda professor S.Rüstəmova-Tohidi mühazirə dinləyicilərinin suallarını cavablandırıb.

Download Template Joomla 3.0 free theme.