Konfransın açılışında giriş nitqi ilə çıxış edən akademik G.Baxşəliyeva R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun kolektivini 30 illik yubiley münasibətilə təbrik edib. Çıxışda vurğulanıb ki, 2026-cı ildə bütün Türk dünyası türk xalqlarının mədəni və elmi inkişafında müstəsna rol oynamış I Bakı Türkoloji Qurultayının 100 illiyini qeyd edir. Bununla bağlı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 oktyabr 2025-ci il tarixi ilə müvafiq sərəncamını xatırladan akademik G.Baxşəliyeva 1926-cı ildə Bakıda keçirilmiş I Türkoloji Qurultayın türk xalqlarının mədəni inteqrasiyasında tarixi mərhələ olduğunu, Qurultayda vahid latın qrafikalı əlifbaya keçid, dil, tarix, etnoqrafiya və ədəbiyyat kimi mühüm məsələlər müzakirə edildiyini xatırladıb. Akademik sovet rejiminin repressiyaları nəticəsində qurultay nümayəndələrinin böyük əksəriyyətinin təqib olunmasına baxmayaraq, milli müstəqilliyin bərpasından sonra Türkoloji Qurultayın irəli sürdüyü ideyaların müasir dövrdə uğurla gerçəkləşdirildiyini qeyd edib. O, 1991-ci ildən sonra Azərbaycan şərqşünaslığının qarşısında yeni üfüqlər açıldığını, Şərq ölkələri ilə ictimai-siyasi, iqtisadi, mədəni və diplomatik əlaqələrin tədqiqi, yazılı abidələrin öyrənilməsi və nəşri, Şərq-Qərb sivilizasiyalararası münasibətlərinin araşdırılmasının əsas elmi istiqamətlərə çevrildiyini vurğulayıb.
Akademik G.Baxşəliyeva konfransda “Azərbaycanda türkologiya elminin inkişafı və türkdilli dövlətlərin inteqrasiyası” mövzusunda məruzə ilə çıxış edib. Məruzədə Azərbaycanda türkologiya elminin keçdiyi inkişaf yolu və müasir dövrdə türkdilli dövlətlər arasında inteqrasiya və əməkdaşlıq perspektivləri geniş təhlil olunub. AMEA Şərqşünaslıq İnstitutunun türkoloji tədqiqatlarından bəhs edən məruzəçi 1958-ci ildən fəaliyyət göstərən İnstitutda Türkiyənin ictimai-siyasi, sosial-iqtisadi, mədəni inkişafı, kamalizm ideologiyası, respublikaçılıq, dünyəvilik, milli-azadlıq hərəkatı və ictimai düşüncə tarixi istiqamətində fundamental araşdırmaların aparıldığını bildirib.
Müstəqilliyinin 35 illiyini qeyd edən türkdilli dövlətlərin (Azərbaycan, Qazaxıstan, Özbəkistan, Qırğızıstan, Türkmənistan) keçdiyi islahat yolunu yüksək qiymətləndirən G.Baxşəliyeva Bakı-Tbilisi-Ceyhan kəməri, TRACECA və Böyük İpək Yolu kimi transmilli layihələrin, eləcə də TÜRKSOY-un fəaliyyətinin türkdilli xalqların bir-birinə və dünyaya inteqrasiyasında oynadığı rola toxunub.
Məruzədə Türk dünyasının inteqrasiyasını sürətləndirmək üçün bir sıra təkliflər irəli sürülüb. Bu sırada Türk respublikalarının elmi, ədəbi və mədəni sahələrdə vahid fəxri adlarının və mükafatlarının təsis edilməsi, terrorçuluğa qarşı vahid mübarizə təşkilatının yaradılması təklifləri diqqətə çatdırılıb. Akademik G.Baxşəliyeva sənaye, kənd təsərrüfatı, nəqliyyat, kommunikasiya və turizm sahələrində çoxtərəfli layihələrin reallaşdırılmasının, Türki dövlətlərinin Ümumdünya Ticarət Təşkilatında və beynəlxalq maliyyə institutlarında mövqelərinin möhkəmləndirilməsinin əhəmiyyətini vurğulayıb.
Məruzə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Bizim başqa ailəmiz yoxdur, bizim ailəmiz Türk dünyasıdır” çağırışının Türk xalqları arasında sarsılmaz birliyə və strateji tərəfdaşlığa yol açdığı vurğulanaraq yekunlaşdırılıb
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Akademik Gövhər Baxşəliyeva Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib
Qazaxıstan Respublikası Elm və Ali Təhsil Nazirliyinin R.B.Süleymenov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə oktyabrın 14-də Almatı şəhərində bu ölkənin müstəqilliyinin 35 illiyinə və İnstitutun yaranmasının 30 illiyinə həsr olunmuş “Qazaxıstan və Şərq dünyasının qarşılıqlı tarixi-mədəni, siyasi-iqtisadi əlaqələri: tarix, bu gün və inkişaf tendensiyası” mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilib. AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva konfransda onlayn iştirak edib.
