Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV UNESCO-nun TƏDBİRİNDƏ İŞTİRAK EDİB

02 Noyabr 2018

2018-ci ilin 29-31 oktyabr tarixlərində Oman Sultanlığının paytaxtı Məskət şəhərində UNESCO-nun İpək Yolu lahiyəsinin beynəlxalq şəbəkəsinin növbəti 4-cü toplantısı keçirilib. Tədbirdə UNESCO-nun İpək Yolu layihəsinin Azərbaycan üzrə əlaqələndiricisi, AMEA-nın həqiqi üzvü Şahin Mustafayev iştirak edib.

 

Azərbaycan, Çin, Cənubi Koreya, Monqolustan, Türkiyə, İran, Oman, İraq, Rusiya, Özbəkistan, Almaniya, Portuqaliya, İspaniya və digər ölkələri təmsil edən nümayəndələr üç gün ərzində İpək Yolunun tədqiqi və dünyada tanıdılması ilə əlaqədar UNESCO tərəfindən həyata keçirilən layihənin mövcud vəziyyətini və inkişaf perspektivlərini müzakirə ediblər. Xüsusilə İpək Yolu interaktiv atlasının yaradılması ilə bağlı geniş fikir mübadiləsi aparılıb.
Akademik Şahin Mustafayev ölkəmizdə İpək Yolu ilə bağlı həyata keçirilən tədbir və layihələr haqqında toplantı iştirakçılarına ətraflı məlumat verib. O, bu il tikintisi başa çatdırılan və istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolunun Asiya və Avropa arasında nəqliyyat dəhlizinin inkişafına və beləliklə, yeni İpək Yolunun canlanmasına xidmət etdiyini vurğulayıb, bugünlərdə ölkəmizin paytaxtında təşkil edilmiş VI Beynəlxalq Bakı Humanitar Forumunun müxtəlif xalqlar arasında humanitar və mədəni əməkdaşlığın genişlənməsi və möhkəmlənməsinə öz mühüm töhfəsini verdiyini qeyd edib. Akademik Şahin Mustafayev Heydər Əliyev Fondu, Azərbaycan Milli Elmlər Akademiyası, Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu, “Böyük İpək Yolu” Beynəlxalq Gənclər İttifaqı, həmçinin ölkəmizdə fəaliyyət göstərən Çinin Konfutsi İnstitutu tərəfindən İpək Yolu mövzusu ilə bağlı gerçəkləşdirilən müxtəlif layihələr və tədbirlər barədə də toplantı iştirakçılarına məlumat verib.

Download Template Joomla 3.0 free theme.