Qonaqlar ilk olaraq, Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik Gövhər Baxşəliyeva ilə görüşdülər. G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd etdi. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açdı, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd etdi. Misirli nümayəndələr görüşdən məmnun qaldıqlarını söyləyərək, iki ölkə arasındakı münasibətlərdən danışdılar.
Daha sonra qonaqlar Şərqşünaslıq İnstitutunda çalışan ərəbşünas alimlərlə görüşdülər. Akademik G.Baxşəliyeva misirli nümayəndələri institut əməkdaşları ilə tanış etdi.
Dr. əl-Sayed Mahmud əl-Şərif, Misirdə Azərbaycana böyük rəğbət olduğunu deyərək, iki ölkə alimlərinin qarşılıqlı səfərlərinin hər iki tərəfə böyük fayda verdiyini söylədi.
Usama əl-Abd iki ölkə arasında əlaqə körpülərinin birinin də elm olduğunu qeyd etdi. Akademik Gövhər Baxşəliyevaya Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun təsisində və fəaliyyətindəki xidmətlərinə görə təşəkkürünü bildirən qonaq, Misir Prezidentinin iki ölkəni tək dost deyil, qardaş ölkə adlandırdığını dedi.
Azərbaycanda böyük inkişaf gördüyünü deyən dr. Aləm ölkələr arasında əlaqələrdən danışdı və rəhbərlik etdiyi vilayətdə ulu öndər Heydər Əliyevin abidəsinin olduğunu qeyd etdi.
Sonra Şərqşünaslıq İnstitutunun Ərəb filologiyası şöbəsinin müdiri, f.ü.e.d. Vilayət Cəfərov, Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, t.ü.f.d. Fərda Əsədov, Şərq-Qərb şöbəsinin müdiri, ilah.ü.f.d. Məmmədəli Babaşlı, Din və ictimai fikir tarixi şöbəsinin müdiri, fəl.ü.f.d. Esmeralda Həsənova rəhbərlik etdikləri şöbələrdə ərəbşünaslıq sahəsində aparılan tədqiqatlardan danışdılar. Həmçinin İnstitutun ərəbşünas əməkdaşlarından f.ü.f.d. Laura Orucova, t.ü.f.d. Gülər Qafqazlı, f.ü.f.d. Lalə Bayramova, elmi işçilər Samid Bağırov, Orxan Nəcəfov və başqaları öz elmi fəaliyyətləri barədə məlumat verdilər.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA MİSİRLİ İCTİMAİ XADİMLƏRLƏ GÖRÜŞ KEÇİRİLİB
Oktyabrın 26-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Misir Ərəb Respublikasının bir qrup ictimai xadimi ilə görüş keçirildi. Görüşdə Misir parlamentinin nümayəndələr palatasının sədr müavini dr. əl-Sayed Mahmud əl-Şərif, Misir-Azərbaycan parlamentlərarası dostluq qrupunun həmsədri Usama əl-Abd və Misirin Qalyubiyə vilayətinin qubernatoru dr. Aləm iştirak edirdilər. Qonaqları Misirin Azərbaycandakı Səfirliyinin Mədəniyyət Mərkəzinin rəhbəri dr. Əhməd Sami Elaydi müşaiyət edirdi.