İyunun 30-da “Türk Dünyası Həftəsi” çərçivəsində Azərbaycan Milli Elmlər Akademiyasında “Birinci Türkoloji Qurultay: yüz ilin elmi və mədəni irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbir Mədəniyyət Nazirliyi, Azərbaycan Milli Elmlər Akademiyası, Elm və Təhsil Nazirliyinin birgə təşkilatçılığı, Türk Dövlətləri Təşkilatı, TÜRKSOY, Bakı Dövlət Universiteti, Beynəlxalq Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondunun tərəfdaşlığı ilə gerçəkləşib.
Konfransda bir qrup alimə Birinci Türkoloji Qurultayın 100 illiyi münasibətilə Mədəniyyət Nazirliyi tərəfindən təsis olunmuş “Birinci Türkoloji Qurultayın 100 illiyi (1926–2026)” xatirə nişanı təqdim edilib. Təltif edilənlər sırasındaAMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Namiq Məmmədov da yer alıb.