Məktubda deyilir: “Hörmətli Elnur müəllim. Sizi doğum gününüz münasibətilə təbrik edir, ən xoş arzularımı çatdırıram. Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri və Azərbaycan Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun Din və ictimai fikir şöbəsinin müdiri kimi çoxşaxəli fəaliyyətiniz ölkəmizdə dini maarifləndirmə işinin inkişafına xidmət edir. Siz elmi tədqiqatlarınız və ictimai təşəbbüslərinizi uğurla əlaqələndirərək cəmiyyət üçün aktual məsələlərin müzakirəsinə, sağlam dini mühitin təşviqinə və vətəndaş cəmiyyəti institutlarının dəstəklənməsinə mühüm töhfə verirsiniz. Sizi bir daha təbrik edir, möhkəm cansağlığı, uzun ömür və yeni uğurlar arzulayıram”.
