Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Elnur Mustafayev "Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması" mövzusunda müzakirələrdə iştirak edib

10 İyun 2026

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun rəqəmsal inkişaf və süni intellekt üzrə direktor müavini fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elnur Mustafayev iyunun 9-da Milli QHT Forumunun təşkilatçılığı ilə "Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması" mövzusunda keçirilən ictimai müzakirədə çıxışçı qismində iştirak edib.

 

E.Mustafayev çıxışında qeyd edib ki, uşaqların rəqəmsal təhlükəsizliyi ciddi məsələdir. Belə ki, müasir dövrdə informasiya-kommunikasiya texnologiyalarının sürətli inkişafı insanların, xüsusilə uşaqların həyatında mühüm yer tutur. İnternet, sosial şəbəkələr, onlayn oyunlar və müxtəlif rəqəmsal platformalar uşaqların təhsil, ünsiyyət və əyləncə imkanlarını genişləndirsə də, eyni zamanda müəyyən risklər də yaradır.

Buna görə də uşaqların rəqəmsal təhlükəsizliyinin təmin edilməsinin və onların zərərli rəqəmsal asılılıqlardan qorunmasının cəmiyyətin, ailənin və təhsil müəssisələrinin qarşısında duran vacib vəzifələrdən biri olduğunu deyən şərqşünas alim  rəqəmsal təhlükəsizlik dedikdə uşaqların internet mühitində qarşılaşa biləcəyi təhlükələrdən qorunmasının nəzərdə tutulduğunu, bu təhlükələrə kibertəzyiq, şəxsi məlumatların oğurlanması, zərərli məzmun, internet fırıldaqları və yad şəxslərlə təhlükəli əlaqələr daxil olduğunu bildirib.

Bundan əlavə çıxış zamanı vurğulanıb ki, sosial şəbəkə platformalarında özünə zərər verməyi təşviq edən məzmunların geniş yayılması, sosial təcrid hissi depressiv simptomların dərinləşməsi ilə intihar riski üçün əlverişli şərait yarada bilir. Uşaqların mənəvi həyatını, mənəviyyatını düzgün formalaşdırmaq, onları yüksək dəyərlərlə tərbiyə etmək gərəkdir. Bəzi valideynlər sakitləşdirmə üçün uşaqlara oyuncaq əvəzinə smartfonları verirlər, bu da uşaqların danışıq qabiliyyətinin inkişafına mane olur, sonrakı illərdə isə oyunlara aludəçiliyə, xüsusən də yaşa uyğun olmayan oyunların yaratdığı psixi gərginliyə yol açır. Burada hər kəs öz məsuliyyətini dərk etməlidir.

Download Template Joomla 3.0 free theme.