Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA İRFAN ƏDƏBİYYATINA HƏSR OLUNMUŞ KİTAB NƏŞR OLUNUB

15 Oktyabr 2018

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aygün Əlizadənin “Həqiqət axtarışında” kitabı işıq üzü görüb.
Oxuculara təqdim edilən kitab irfan ədəbiyyatının öyrənilməsində atılan addımlardan biridir. Kitabda Azərbaycan (27), İran (7), Pakistan (4), Türkiyə (3), Tacikistan (2), Rusiya (1) , Qazaxıstan (1) və Ukraynada (1) çap olunmuş məqalələr toplanıb.

Məqalələr toplusu altı fəsildən ibarətdir və dillər üzrə qruplaşdırılıb, yarımfəsillər məntiqi və tarixi ardıcıllıq üzrə düzülüb. Kitaba məqalə, tərcümə, beynəlxalq elmi konfrans materialları daxil edilib. Burada Fəridəddin Əttarın, Xacə Abdullah Ənsarinin, Əbu Nəsr Sərracın, Əbdürrəhman Süləminin və başqalarının yaradıcılığına həsr olunmuş məqalələr, ilahi və bəşəri kəlamda zöhdün nəzəri və praktiki əsası, sufilikdə məqam və hal anlamları və s. mövzuda yazılar, eləcə də bir sıra tərcümələr yer alıb.
Bundan əlavə kitabın sonunda müəllifin irfan ədəbiyyatı sahəsində gördüyü işlər haqqında internet saytlarında verilmiş məlumatlar da toplanıb.

Download Template Joomla 3.0 free theme.