Tədbir Körpü Türkman İrsi Araşdırmaları Mərkəzi, AMEA-nın Gənclər Akademiyası və AMEA-nın Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə keçirilib.
Şərqşünas alim görüşdə çıxış zamanı Azərbaycan və türkman xalqları arasında tarixi, siyasi və mədəni əlaqlərdən söhbət açaraq ortaq dil məsələlərinə toxunub. Bildirib ki, son iki əsrdə tarixi proseslər nəticəsində bir-birimizdən ayrı düşməyimizə baxmayaraq iki doğma qardaş xalq arasında mənəvi bağlar qorunub saxlanılmış, məhdud imkan və təzyiqlərə baxmayaraq əlaqələrin tam kəsilməsinə icazə verilməmişdir.
E.Mustafayev vurğulayıb ki, dil və ədəbiyyatdakı eyniyyət, o cümlədən, müştərək mədəni cəhətlər bir daha sübut edir ki, Azərbaycan və türkman xalqları doğma və qardaş xalqlardır. Bu mənada, bir bütövün parçaları kimi qardaş xalqlar arasında mənəvi bağlar möhkəm və sarsılmazdır. O, çıxışın sonunda, Azərbaycan və türkman xalqları arasında elm və təhsil, dil və ədəbiyyat, mədəniyyət və sairə sahələrdə əlaqələrin qorunması və inkişaf etdirilməsi istiqamətində təkliflərini də qeyd edib.
