Bütün bu deyilənləri İnstitutda daha bir gənc alimin fəlsəfə doktoru dissertasiyasını yüksək səviyyədə, uğurla müdafiə edərək müvafiq elmi dərəcəyə yüksəlməsi əyani gösətrir.
Şərqşünaslıq İnstitutu Şərq fəlsəfəsi, ictimai fikri sahəsində yüksək səviyyədə elmi araşdırmalar apararaq respublikada və sərhədlərimizdən kənarda böyük nüfuz qazanan alimləri ilə seçilir və institutut bu sahədə fəlsəfə doktorları sırasına gənc alim İbrahim Bağırov da qatıldı. Ötən ilin payızında “Dinin tarixi və fəlsəfəsi” ixtisası üzrə “Səfəvilər dövrü filosofu Sədrəddin Şirazi fəlsəfəsində nəfs-bədən problemi” mövzusunda namizədlik dissertasiyasını uğurla müdafiə edən İ.Bağırova bu günlərdə Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən fəlsəfə üzrə fəlsəfə doktoru diplomu təqdim edilib.
Gənc alimin dissertasiya işində təhlil edilən “Nəfs-bədən problemi” ruhla cismin qarşılıqlı münasibətini araşdıran qədim və dini-mistik köklərə malik fəlsəfi məsələlərdəndir. İ.Bağırovun tədqiqatı bu klassik problemin Sədrəddin Şirazi (ö. 1636) fəlsəfəsində necə həll olunduğunu araşdırır.
Fəlsəfə tarixində məsələ daha çox Rene Dekart ilə əlaqələndirilir. O, nəfs və bədəni iki ayrı substansiya kimi qəbul edərək dualist mövqe irəli sürmüş, lakin bu yanaşma onların qarşılıqlı təsirini izah etməkdə çətinlik yaratmışdır.
Şirazi isə bu paradoksu aradan qaldırmaq üçün fərqli mövqe ortaya qoyur. Onun fikrincə, insan iki müstəqil varlığın birləşməsi deyil; nəfs və bədən eyni ontoloji gerçəkliyin müxtəlif təzahür formalarıdır. Nəfs maddi əsasdan başlayaraq “substantiv hərəkət” prosesi ilə formalaşır və tədricən qeyri-maddi mərhələyə yüksəlir. Bu monist yanaşma ruh və bədən arasında sərt ontoloji sərhədi inkar edərək dualizmin doğurduğu çətinlikləri aradan qaldırır.
Dissertasiyada həmçinin Şirazinin orijinal nəzəriyyələrinin XII əsrdən sonra İslam dünyasında fəlsəfənin tənəzzülə uğraması barədə iddiaların əsassız olduğunu göstərdiyi və Səfəvilər dövründə fəlsəfi düşüncənin inkişafını sübut etdiyi vurğulanır.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Gənc və perspektivli şərqşünas fəlsəfə doktoru oldu
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu fundamental tədqiqatların aparıldığı elmi mərkəz kimi tanınmaqla bərabər, həm də gənc alimlərin formalaşdığı nüfuzlu məktəb kimi özünü göstərməkdədir. Burada yaradılan sağlam elmi mühit, təcrübəli tədqiqatçıların dəstəyi və sistemli hazırlıq prosesi nəticəsində gənc kadrlar dissertasiya işlərini uğurla müdafiə edərək elmi ictimaiyyətdə öz layiqli yerlərini tuturlar. İnstitutun prioritet istiqamətlərindən biri də məhz perspektivli araşdırmaçıların yetişdirilməsi və onların elmi potensialının reallaşdırılmasına şərait yaradılmasıdır.
