Konfransa onlayn qatılan alim çıxışında süni intellektin ədəbiyyatda çoxistiqamətli rolunu təhlil edib, ədəbi əsərlərin yaradılması, təhlili və şərhindəki tətbiqlərini araşdırıb. Məruzədə həmçinin ədəbiyyatda süni intellektin istifadəsinin etik təsirlərindən, yazıçıların və oxucuların roluna olan təsirindən də geniş bəhs olunub. Məruzəçi süni intellektin ədəbiyyata təsirini təhlil edib, onun müxtəlif tətbiqlərini, inteqrasiyanın üstünlüklərini və mənfi cəhətlərini nəzərdən keçirib. Həmçinin, süni intellektlə yaradılmış ədəbi əsərlərlə bağlı etik narahatlıqlar və insan yaradıcılığı ilə texnoloji inkişaflar arasında tarazlığın qorunmasının vacibliyi vurğulanıb, texnoloji inkişaflara açıq yanaşmanın və insan yaradıcılığını qorumağın əhəmiyyəti qeyd olunub. Bildirilib ki, bu aspektlərin araşdırılması süni intellektin ədəbiyyata olan transformasiyaedici təsirlərini daha dərindən anlamağa kömək edir.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünas alim Astana konfransında türkdilli ədəbiyyatın və yazılı abidələrin süni intellektlə araşdırılmasından danışıb
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun şöbə müdiri filologiya üzrə fəlsəfə doktoru, dosent İnci Qasımlı Qazağıstan Respublikasının Astana şəhərində təşkil edilən Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Əsrin işığında keçmişdən gələcəyə türkoloji missiya” adlı beynəlxalq elmi konfransda “Türkdilli ədəbiyyatın və yazılı abidələrin süni intellektlə araşdırılması” mövzusunda məruzə ilə iştirak edib.
