Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fələfə doktoru, dosent Gülər Qafqazlı “Nəcib Məhfuz yaradıcılığına qısa bir nəzər”, Ərəb filologiyası şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Xumar Ələkbərova “Ərəb ədəbiyyatının ehramı Nəcib Məhfuz”, Mərkəzi Asiya ölkələri şöbəsinin elmi işçisi Hülya Aslanova “Nəcib Məhfuz romanlarında insan taleyi ("Oğru və itlər", "Yol", "Yeni Qahirə")” mövzusunda çıxış ediblər.
Şərqşünas alimlərə tədbirdə iştiraka görə Təşəkkürnamələr təqdim olunub.


