Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

MAYKL AKSVÖRTİNİN “NADİR ŞAH” KİTABININ AZƏRBAYCAN DİLİNDƏ NƏŞRİNİN TƏQDİMATI KEÇİRİLİB

22 İyun 2018

İyunun 22-də Azərbaycan Milli Elmlər Akademiyasında (AMEA) dövrümüzün tanınmış ingilis şərqşünası Maykl Aksvörtinin “Nadir şah” kitabının Azərbaycan dilinə tərcüməsinin təqdimatı keçirilib.

AMEA akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkil etdiyi tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli Qərbdə böyük maraqla qarşılanan və akademik dairələrin diqqətini özünə cəlb edən bu əsərin Azərbaycan dilində nəşrinin siyasi tariximizin parlaq simalarından biri hesab edilən Nadir şah Əfşarın dövlətçilik fəaliyyətinə və şəxsiyyətinə dair çox dəyərli bir kitab olduğunu vurğuladı. İ.Həbibbəyli kitabın redaktoru olan Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin geniş müqəddiməsində sözügedən əsərə və Nadir Şah şəxsiyyətinə yüksək elmi səviyyədə qiymət verildiyini bildirib.

 

AMEA-nın İctimai Elmlər Bölməsinin akademik-katibi, akademik Nərgiz Axundova “Nadir Şah” kitabının Azərbaycan tarixşünaslıq elminə dəyərli töhfə olduğunu deyib və müəllifin zəngin mənbələrə əsaslandığını qeyd edib.

 AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyeva təqdimat mərasimi keçirilən kitaba akademik Ramiz Mehdiyev tərəfindən yazılmış elmi redaktə hissəsini, əslində dərin elmi tədqiqatı Nadir Şah Əfşar şəxsiyyətinə və yaratdığı dövlətə yeni konseptual baxış kimi qiymətləndirib, milli tariximizin obyektiv araşdırılmasında əvəzsiz rol oynadığını və Azərbaycan xalqının strateji maraqlarından irəli gəldiyini vurğulayıb. Gövhər xanım Şərqşünaslıq İnstitutunun Elmi Şurasının qərarı ilə nəşr olunan kitabda maraqlı tarixi məlumatların, təsvir və sxemlərin əks olunduğunu da diqqətə çatdırıb.

Təqdimat mərasimində həmçinin AMEA A.Bakıxanov adına Tarix İnstitutunun direktoru akademik Yaqub Mahmudov, Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev, Şərqşünaslıq İnstitutunun “İran tarixi və iqtisadiyyatı” şöbəsinin müdiri, t.ü.f.d, dosent Vidadi Mustafayev, Şərqşünaslıq İnstitutunun “Cənubi Azərbaycan” şöbəsinin müdiri, t.ü.f.d. dosent Səməd Bayramzadə çıxış edərək kitabın əhəmiyyətindən danışıblar.

 

 

 

 

 

 

 

Download Template Joomla 3.0 free theme.