Verilişdə İnci Qasımlının ideya müəllifi və tərtibçisi olduğu “Türk dillərinin müqayisəli tədqiqi” kitabı, bu kitabın tərtib olunması, müəlliflər, türk dilləri haqqında maraqlı söhbət aparılıb. Verilişdə o da bildirilib ki, bu kitabda 15 müəllifin 20 məqalə və 18 lüğətindən istifadə olunmuş, türk dillərinin 18 qolu haqqında məlumat verilmiş, bu dillərin qrammatik, fonetik xüsusiyyətləri tədqiq olunmuş, hər bir dil haqqında 1 məqalə və ortaq istifadə olunan 100-1000 sözdən ibarət lüğətlər hazırlanmışdır. Lüğətdəki sözlər məqalə müəllifləri tərəfindən seçilmiş və Azərbaycan türkcəsi ilə qarşılığı yazılaraq lüğət şəklində tərtib olunmuşdur. Kitabın türk dövlətlərinin universitetlərinin “Türk dilləri” fakültələrində dərs vəsaiti kimi də istifadə oluna biləcəyi haqqında məlumat verilibdir.
