AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Asiya-Sakit Okean region ölkələri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Sevinc Nuriyeva 7-14 noyabr 2025-ci il tarixində Çin Xalq Respublikasının Azərbaycan Respublikasındakı səfirliyinin dəvəti ilə bir qrup Azərbaycan nümayəndələri ilə birgə Pekin və Çendu şəhərlərində səfərdə olub.
Şərqşünas alim 10 noyabr 2025-ci il tarixində Pekin şəhərində keçirilən Çin-Azərbaycan əlaqələrinə həsr olunmuş beynəlxalq elmi konfransda iştirak edib. O, Çin-Azərbaycan əlaqələrinin tarixi köklərindən, müasir dünyada bu əlaqələrin hər iki dövlətin başçıları tərəfindən yenilənməsindən və birgə anlaşmanın həm siyasi, həm də iqtisadi baxımdan labüdlüyündən danışıb.
