Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Professor Məryəm Seyidbəyli Sankt-Peterburqda keçirilən konfransda məruzə edib

19 Noyabr 2025

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərq ölkələrinin tarixşünaslığı şöbəsinin müdiri, tarix üzrə elmlər doktoru, professor Məryəm Seyidbəyli 27–31 oktyabr 2025-ci il tarixlərində Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən “Научное изучение и освоение России и сопредельных территорий (к 100-летию образования Академии наук СССР). XLVI Международная годичная научная конференция” adlı beynəlxalq konfransda iştirak edib. M.Seyidbəyli konfransda “Sovet dövründə Azərbaycanda akademik şərqşünaslığın formalaşması” mövzusunda məruzə ilə çıxış edib.

 

Professor M.Seyidbəyli məruzəsində qeyd edib ki, sovet hakimiyyəti illərində Azərbaycanda şərqşünaslıq sahəsində yeni elmi institutların təşkili, tədqiqat istiqamətlərinin sistemləşdirilməsi və akademik mühitin formalaşması ölkədə Şərq araşdırmalarının inkişafında mühüm rol oynayıb. Bildirilib ki, həmin dövrdə Şərq xalqlarının tarixi, mədəniyyəti və dillərinin elmi tədqiqi genişlənərək akademik ənənənin əsasını qoyub.

Download Template Joomla 3.0 free theme.