Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV BEYNƏLXALQ KONFRANSDA ÇIXIŞ EDİB

16 İyun 2018

İyun ayının 13-15-də Qazaxıstanın Almatı şəhərində UNESCO-nun Almatı klaster bürosu və Beynəlxalq “Mədəniyyətlərin yaxınlaşmasıl mərkəzi” tərəfindən “Böyük İpək Yolu üzərində Mərkəzi Asiya: antik dövrdən müasir zamana qədər mədəniyyətlərin və dinlərin dialoqu” mövzusunda beynəlxalq elmi konfrans təşkil edilib. Konfransın əsas məqsədi tarixi coğrafiya, Mərkəzi Asiya xalqlarının tarixində urbanizasiya və köçərilik, əhalinin miqrasiyaları və mədəni genezis, türk xalqlarının mənəvi, dini və mifoloji irsi, Mərkəzi Asiya ölkələrinin mədəni mirasının qorunması və tarixi-mədəni abidələrinin UNESCO-nun dünya irsi siyahısına daxil edilməsi problemləri və istiqamətləri üzrə müzakirələrin aparılmasından ibarət idi. 

 

Konfransın işində 20 ölkənin nümayəndələri, o cümlədən ABŞ, Rusiya, Yaponiya, Qırğızıstan, Ukrayna, Özbəkistan, Çin, Tacikistan və digər ölkələrin alimləri iştirak etdilər. Azərbaycanı bu beynəlxalq tədbirdə AMEA ak. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, akademik Şahin Mustafayev təmsil edirdi. O, konfransda “Oğuz genealoji mifləri tarixi yaddaşın əksi kimi” mövzusunda məruzə ilə çıxış etdi. Məruzədə qədim dövrlərdən etbarən türk xalqlarının tarixi özünüdərk prosesində genealoji miflərin və şəcərələrin, o cümlədən yazılı ədəbiyyatda öz əksini tapmış “Oğuznamə” ənənələrinin əhəmiyyətindən bəhs edilirdi. Akademik Ş.Mustafayevin çıxışı konfrans iştirakçılarının böyük marağına və canlı diskussiyalara səbəb oldu.

Download Template Joomla 3.0 free theme.