AMEA Azad Həmkarlar ittifaqının təşkilatçılığı ilə baş tutan turnirdə 5 komanda iştirak edib. Qrip mərhələsi ardından 4 komanda yarımfinala çıxıb.
Şərqşünaslıq İnstitutu budəfəki turnirdə Arxeologiya və Antropologiya İnstitutu ilə birgə komanda yaradaraq mübarizə aparıb.
“Şərqşünaslıq-Arxeologiya və Antropologiya” komandası turnirin son günündə 3-cü yer uğrunda mübarizədə “Rəyasət Heyəti” komandası ilə qarşılaşıb. Görüşün əsas vaxtı 3:3-lük bərabərliklə nəticələnib. Penaltilər seriyasında qalib gələn “Şərqşünaslıq-Arxeologiya və Antropologiya” komandası turnirin 3-cü mükafatına sahib çıxıb.
Turnirdə “Şərqşünaslıq-Arxeologiya və Antropologiya”komandasını hər institutdan 6 əməkdaş olmaqla 12 nəfər təmsil edib. Şərqşünslıq İnstitutu əməkdaşlarından turnirdə Hilal Ağamoğlanov, Samid Bağırov, Sübhan Talıblı, Məhəmmədəli Seyid, Əli Babanlı və Nazim Mənsimov, Arxeologiya və Antropologiya İnstitutundan isə Natiq Alışov, Seymur Fərmanlı, Elxan Qəhrəmanlı, Alik Xankişiyev, Abdulla Abdullayev və Tural Əbdülrəhmanov meydana çıxıblar.
Turnirin mükafatlandırma mərasimi oktyabrın 31-də keçiriləcək.
