Türkiyə, Azərbaycan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Rusiya Federasiyası, Şimali Kipr Türk Respublikası da daxil olmaqla bir çox ölkədən universitet rektorları, akademiklər və cədidçilik mövzusunda çalışan alimlərin iştirak etdiyi simpoziumda şərqşünas alim “Müasir türk ədəbiyyatı və onun ərəb ədəbiyyatı ilə əlaqələri” mövzusunda məruzə edib. Tədqiqatçı məruzəsində müasir türk və ərəb ədəbiyyatında klassik ənənə ilə yeni bədii formaların sintezini elmi əsaslarla təhlil edib, elm, təhsil, vətən, azadlıq və milli kimlik kimi ortaq mövzuların bədii inikasını müqayisəli şəkildə araşdırıb. Lalə Əliyeva, həmçinin, türk və ərəb yazıçılarının yaradıcılığına Avropa və Rusiya mədəniyyətinin təsirini konkret nümunələr əsasında elmi-analitik şəkildə təhlil edib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünas alim Daşkənddə beynəlxalq simpoziumda məruzə edib
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Lalə Əliyeva Özbəkistanın paytaxtı Daşkənddə “Beynəlxalq türk dünyası modernləşmə III: Türk Dünyasında Cədidçilik” mövzusunda simpoziumda iştirak edib.
