Tədbiri giriş sözü ilə açan AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru akademik Gövhər Baxşəliyeva görkəmli Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 140 illiyinin qeyd edilməsi ilə bağlı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 3 fevral 2025-ci il tarixli Sərəncamını xatırladaraq, bu münasibətlə AMEA-da da bir sıra tədbirlərin keçirildiyini deyib. Şərqşünaslıq İnstitutun baş elmi işçisi, tarix üzrə elmlər doktoru, profesor Solmaz Rüstəmova-Tohidinin arxiv materialları əsasında Üzeyir Hacıbəyli ilə bağlı araşdırmalar apardığını deyən akademik G.Baxşəliyeva tədqiqatçının aşkar etdiyi yeni arxiv materialları əsasında mühazirə oxuyacağını bildirib.
Mühazirəsini tədbir iştirakçılarının diqqətinə çatdıran professor Solmaz Rüstəmova-Tohidi Üzeyir Hacıbəyli ilə bağlı çoxsaylı arxiv sənədlərini araşdırdığını deyərək, bu sənədlərdə bir neçə cildlik kitabı əhatə edəcək materialların olduğunu və yaxın aylarda onun ilk cildini çapa təqdim edəcəyini bildirib. Məruzəçi həmin cilddə yer alan Üzeyir Hacıbəylinin istər ailə üzvləri, qohumları, istərsə də dövrünün ictimai-siyasi, elm, ədəbiyyat, incəsənət xadimləri ilə məktublaşmalarının dahi bəstəkar haqqında bir çox yeni faktların üzə çıxmasına əsas verdiyini qeyd edib.
S.Rüstəmova-Tohidi Üzeyir Hacıbəylinin məktublarından onun məşhur bəstəkar, ictimai xadim olmasına baxmayaraq, necə sadə, səmimi insan olmasının üzə çıxdığını qeyd edib. Tədqiqatçı Ü.Hacıbəylinin tək musiqi sahəsində deyil, fəaliyyət göstərdiyi bütün sahələrdə yüksək peşəkarlıqla çalışdığını, uğurlar qazandığını deyib, onun qəzetlərdəki redaktorluğu, yazıları ilə mətbuat tarixinə, məktəblərdəki fəaliyyəti, hazırladıqları dərsliklərlə maarifçilik tariximizə düşdüyünü qeyd edib. Alim onun istiqlal daşıyıcısı kimi ictimai-siyasi fəaliyyətini, mətbuatdakı yazılarını xatırladıb. Mühazirədə Üzeyir Hacıbəylinin musiqi əsərlərinin tək Azərbaycan deyil, bütövlükdə Şərq mədəniyyəti tarixində tutduğu mövqeyindən danışıb, həmin əsərlərin yaranması və ilk nümayişlərinin tarixindən bəhs edib, müəllifin məktubları əsasında onun özünün bütün bunlara münasibətini diqqətə çatdırıb.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda Üzeyir Hacıbəyli haqqında mühazirə oxunub
Oktyabrın 24-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda baş elmi işçi, tarix üzrə elmlər doktoru, profesor Solmaz Rüstəmova-Tohidi yeni arxiv materialları əsasında böyük Azərbaycan bəstəkarı Üzeyir Hacıbəyli haqqında mühazirə oxuyub.
