Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNAS ALİMLƏR BEYNƏLXALQ KONFRANSDA

28 May 2018

 

 

27-28 aprel 2018-ci il tarixində Bakı Mühəndislik Universitetində Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi konfransı keçirilib.

 

Beynəlxalq konfransda Şərqşünaslıq İnstitutunun “Türk filologiyası” şöbəsi fəal iştirak etmişdir.

 

Şöbənin müdürü f.ü.f.d. dosent Səriyyə Gündoğdu konfransın təşkilat heyətində iştirak etməklə yanaşı şöbə əməkdaşları və magistr tələbələriylə birlikdə elmi məruzə ilə çıxış etmiş, eyni zamanda Dünya ədəbiyyatı bölməsinin sədri olaraq bölmənin iclasını idarə etmişdir. Səriyyə Gündoğdu “M.Akif Ərsoyun ədəbi–ideoloji dünyagörüşü”  adlı məruzəsiylə çıxış etmiş, məruzədə M.A. Ersoyun əsərlərində İslam aləminin inkişafı üçün irəli sürdüyü mühüm fikirlər təhlil edilmişdir.

 

Bölmədə müxtəlif maraqlı elmi məruzələrlə yanaşı Türk filologiyası şöbəsinin elmi işçisi Xanım Abdullayeva “Türk ədəbiyyatında yeni janrın astanasında” adlı məruzə ilə çıxış etmişdir. Məruzədə qərbmeyilli türk ədəbiyyatının təşəkkülü, ədəbi dövrləri və yeniliklər təhlil edilmişdir. Şöbənin digər elmi işçisi f.ü.f.d. Ülkər Baxşıyevanın “Yunus Əmrə poeziyası və təsəvvüf” mövzusundakı məruzəsi şairin təsəvvüf  görüşlərinə həsr olunmuşdur. Şöbənin kiçik elmi işçisi Gülnisə Usubova “Türkiyə Türkçəsiylə Azərbaycan atalar sözlərinin cümlə tərkibinə görə incələnməsi” adlı məruzəsiylə çıxış etmişdir. Məruzədə əsasən Azərbaycan və türk dillərindəki atalar sözlərinin cümlə tərkibi müəyyənləşdirilməyə çalışmış, hər iki dildəki sözlərin cümlə tərkibini izah etmişdir.

 

Şöbənin laborantı Aytən Rəşidli də postmodern türk ədəbiyyatının təmsilçilərindən olan, Nobel mükafatı laureatı Orhan Pamukun “Qar” adlı romanında yazıçının yaradıcılığının fərqli üslub istiqamətlərini təhlil etmişdir. Məruzədə qara fərqli mənalar yükləyən yazıçının qar simvolu ilə insan taleyini uyğunlaşdırdığı məsələsi müəyyənləşdirilmişdir.

 

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümünə həsr olunmuş Gənc Tədqiqatçıların II Beynəlxalq Elmi konfransı öz işini doqquz bölmədə davam etdirib. Konfransda Türkiyə, Gürcüstan, Qazaxıstan və digər ölkələrdən gələn gənc alimlər iştirak etmişlər.

 

Download Template Joomla 3.0 free theme.