Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

MİSİR SƏFİRİ ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA OLUB

16 May 2018

Misir Ərəb Respublikasının Azərbaycanda yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Adil İbrahim Əhməd İbrahim mayın 16-da AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda olub. Səfir əvvəlcə Şərqşünaslıq İnstitutunun direktoru, millət vəkili, akademik  Gövhər Baxşəliyeva ilə görüşüb.

 

G.Baxşəliyeva Azərbaycanın ərəb ölkələri ilə elmi, mədəni əlaqələrindən söz açaraq, bu əlaqələrin möhkəmlənməsində şərqşünas alimlərin mühüm rolunu qeyd edib. Gövhər xanım Şərqşünaslıq İnstitutunda ərəb ölkələrinin tarixi, iqtisadiyyatı, ərəb dili və ədəbiyyatı ilə bağlı aparılan tədqiqatlardan, nəşr olunan kitablardan söz açıb, ərəb mənbələrində bir çox xalqların, o cümlədən Azərbaycanın tarixinə dair mühüm məlumatların olduğunu qeyd edib. G.Baxşəliyeva İnstitutda Misirlə bağlı aparılan tədqiqatlardan və bu elm müəssisəsinin Misirlə əlaqələrindən xüsusi danışıb.

Adil İbrahim Əhməd İbrahim Azərbaycanda gördüyü inkişafı qeyd edərək, ölkələrimiz arasında elm və təhsil sahəsində əməkdaşlığın genişlənməsinin də mühüm olduğunu bildirib.

Daha sonra səfir Adil İbrahim Əhməd İbrahim Şərqşünaslıq İnstitutunun əməkdaşları ilə görüşüb. Səfiri təqdim edən Şərqşünaslıq İnstitutunun direktoru, akademik  Gövhər Baxşəliyeva onun yeni təyinatının Şərqşünaslıq İnstitutu ilə Misirin elm və təhsil müəssisələri ilə əlaqələrinin genişlənməsində yeni mərhələyə yol açacağına əminliyini bildirib.

Səfir Adil İbrahim Əhməd İbrahim şərqşünas alimlərlə görüşündən məmnunluğunu bildirərək, Azərbaycan və Misir xalqlarını birləşdirən çoxsaylı tarixi, dini, mədəni dəyərlərin, iqtisadi əlaqələrin, dostluq və həmrəylik bağlarının olduğunu söylədi və elmi əlaqələrin inkişafının hər iki ölkə üçün faydalı olacağını ifadə edib.

Sonra səfir Adil İbrahim Əhməd İbrahim şərqşünas alimləri maraqlandıran sualları cavablandırıb.

 

Download Template Joomla 3.0 free theme.