Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunun əməkdaşı Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

21 May 2025

 

 

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşı Aynurə Məmmədova Qazaxıstanın Miras Universitetində keçirilən “HIGH School Science 2025” Beynəlxalq Elmi Praktik Konfransda “Mədəniyyət mənbələri: Şərq ölkələrində incəsənət, ənənə bə dəyərlər” mövzusunda məruzə edib.

 

A.Məmmədova məruzəsində bildirib ki, mədəniyyət mənbələri dedikdə hər bir cəmiyyətin formalaşmasına və inkişafına təsir edən əsas faktorlar nəzərə alınır. Bu mənbələrə mədəniyyətin yaradılmasına və inkişafına gətirib çıxaran müxtəlif faktorlar aiddir. Şərq mədəniyyəti bütün tarix boyu ən vacib dünya sivilizasiyalarının beşiyi olub. Bu mədəniyyət Hindistanın, Çinin, Yaxın Şərqin, Mərkəzi Asiyanın və başqa Şərq ölkələrinin ümumi irsinə əsaslanır.

Məruzəçi qeyd edib ki, Şərq mədəniyyətində ənənəvi incəsənət, xüsusən müsiqi, rəqs, rəngkarlıq, heykəltaraşlıq, toxuculuq yüksək inkişaf edib. Bunlar adətən dini və mədəni dəyərləri, təbii mövzuları və simvolizmi əks etdirir. 

 

 

Download Template Joomla 3.0 free theme.