Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

ŞƏRQŞÜNASLIQ İNSTİTUTUNDA QADINLAR ŞURASI YARADILIB

04 May 2018

Mayın 4-də AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Qadınlar Şurasının təsis yığıncağı keçirilib.

Tədbirdə AMEA Qadınlar Şurasının sədri, fəl.ü.e.d., professor Rəna Mirzəzadə, Şuranın  katibi, fəl.ü.f.d. Samirə Kadiyeva,  Fəlsəfə İnstitutu Qadınlar Şurasının sədri, fəl.ü.e.d.  Lalə Mövsümova  iştirak ediblər.

Şərqşünaslıq İnstitutu HİK-in sədri, fəl.ü.f.d. İlkin Əlimuradov yığıncağın məqsədini açıqlayıb, qonaqları tədbir iştirakçılarına təqdim edib.

Tədbirdə institutun təcrübəli əməkdaşlarından fəl.ü.f.d. Esmeralda Həsənova, fil.ü.f.d. Laura Orucova, Yeni Azərbaycan Partiyası Yasamal Rayon Təşkilatı AMEA ak. Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu partiya təşkilatının sədri fil.ü.f.d. Lalə Bayramova çıxış ediblər.

Sonra Rəna Mirzəzadə Şərqşünaslıq İnstitutunun Qadınlar Şurasının təsisi və Şuranın rəhbər heyətinin seçilməsi təşəbbüsü ilə çıxış edib. Tədbirdə Şuranın sədri, sədr müavini, 9 nəfərlik idarə heyəti seçilib. Fil.ü.f.d., dosent Xanımzər Kərimova Şuranın sədri seçilib.

 

Download Template Joomla 3.0 free theme.