Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AKADEMİK ŞAHİN MUSTAFAYEV “ÖZBƏKİSTAN TARİXİ” JURNALININ BEYNƏLXALQ REDAKSİYA HEYƏTİNİN ÜZVÜ SEÇİLİB

04 May 2018

AMEA akad. Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun elmi işlər üzrə direktor müavini, akademik Şahin Mustafayev Özbəkistanda nəşr olunan nüfuzlu “Özbəkistan tarixi” elmi jurnalının redaksiya heyətinə daxil edilib. Jurnalın baş redaktoru professor D.A.Alimovanın ünvanladığı məktubda bildirilir ki, Özbəkistan Elmlər Akademiyasının prezidenti B.S.Yuldaşevin bu ilin 29 mart tarixində imzaladığı sərəncama əsasən jurnalın beynəlxalq redaksiya heyətinə dünya tarixşünaslığında və Özbəkistan elmində yüksək nüfuza malik olan altı görkəmli tarixçi daxil edilib.

 

Bu heyətdə ABŞ, Avstriya, Rusiya, Fransa, Qazaxıstan alimləri ilə birlikdə akademik Şahin Mustafayevin də adı yer almaqdadır.

Akademik Ş.Mustafayevin “Özbəkistan tarixi” jurnalının redaksiya heyətinə seçilməsi iki ölkə alimləri arasında elmi əlaqələrin güclənməsinə və Azərbaycan tarixçilərinin məqalələrinin bu mötəbər beynəlxalq elmi nəşrdə dərc edilməsinə geniş imkan yaradacaq.

Download Template Joomla 3.0 free theme.