Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

GƏNC ŞƏRQŞÜNASLAR AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİ İLƏ BAĞLI FOTOMATERİALLAR VƏ SƏNƏDLƏRLƏ TANIŞ OLDULAR

30 Mart 2018

Martın 30-da AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun gənc alimlərinin Türkiyənin Mərmərə Universitetinin məzunu, azərbaycanlı jurnalist, yazar və kolleksiyaçı Dilqəm Əhmədlə görüşü keçirildi.  Şərqşünaslıq İnstitutunun Gənc Alim və Mütəxəssislər Şurasının təşkil etdiyi görüşün mövzusu Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı idi.

Tədbir iştirakçıları ilk öncə 2012-ci ildən etibarən Azərbaycan Xalq Cümhuriyyətinin tarixi irsinə aid materialların, sənədlərin, əlyazmalarının toplanması ilə məşğul olan Dilqəm Əhmədin təqdim etdiyi materialların sərgisi ilə tanış oldular.



Tədbiri giriş sözü ilə açan Şərqşünaslıq İnstitutunun Cənubi Azərbaycan şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Səməd Bayramzadə Dilqəm Əhmədin topladığı materialların əhəmiyyətindən danışaraq, bunların gələcək nəsillərə çatdırılmasının vacibliyini vurğuladı.

Şərqşünaslıq İnstitutunun gənc Alim və Mütəxəssislər Şurasının sədri Pərviz Ağayev Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi haqqında 16 may 2017-ci il tarixli Sərəncamını xatırladaraq, bu görüşün də Şərqşünaslıq İnstitutunun gənc alimlərinin Azərbaycan Xalq Cümhuriyyətinin tarixi ilə bağlı yeni materilallarla tanış olması baxımından əhəmiyyətini qeyd etdi.

Dilqəm Əhməd tədbirdə çıxış edərək həm təqdim etdiyi fotomateriallar, həm də nümayiş etdirilən slayd vasitəsilə Azərbaycan Xalq Cümhuriyyətinin tarixindən danışdı və təqdim edilən fotomateriallar və sənədlər haqqında ətraflı məlumat verdi.

Tədbirin sonunda Dilqəm Əhməd gənc şərqşünasların suallarını cavablandırdı.

 

 

Download Template Joomla 3.0 free theme.