Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim Misirin Təhsil Nazirliyinin medalı ilə təltif edilib

01 Dekabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun aparıcı elmi işçisi, tarix üzər fəlsəfə doktoru Gülər Qafqazlı Misir Ərəb Respublikasının Təhsil Nazirliyinin medalı ilə təltif edilib. Şərqşünas alimin 5-ci sinif üçün "Ərəb dili" dərsliyinə görə verilən medalı Misir Ərəb Respublikasının Mədəniyyət mərkəzinin müdiri professor Tariq M.Abulfutuh təqdim edib. 

 

Orta məktəblərin 5-ci sinifləri üçün yeni formatda hazırlanan dərslik yeni standartlara uyğun olaraq dinləmə, yazma, oxuma və tamaşa etmək hissələrindən ibarətdir. İlk bir neçə dərsləri uşaqlar yalnız dinləyərək öyrənirlər. Dərslikdə eyni zamanda ərəb dilində animasiya filmləri də yerləşdirilmişdir. Dərslik Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən 1 avqust 2024-cü ildə qəbul edilərək təsdiqlənib. Sadədən mürəkkəbə doğru prinsipinə uyğun olaraq tərtib edilən dərslikdə eyni zamanda ilkin olaraq ərəb əlifbası öyrədilir. Sona doğru şagirdlərin özünü ifadə edə biləcək danışıq üçün kiçik mətnlər hazırlanıb. Azərbaycan Respublikasının ərazisində ikinci xarici dil olaraq tədris olunan məktəblər üçün nəzərdə tutulan dərslik tamamilə ərəb dilində yazılıb.

Download Template Joomla 3.0 free theme.