Məktubda deyilir:
“Möhtərəm cənab Prezident, Müzəffər Ali Baş Komandan!
“Şöhrət” ordeni ilə təltif olunmağım haqqında Sərəncamınızı böyük fərəh və iftixarla qarşıladım. Fəaliyyətimə verdiyiniz yüksək dəyərə görə Sizə səmimi-qəlbdən təşəkkür edirəm. Eyni zamanda, təmsil etdiyim çoxminli kollektivin gördüyü işə - hamımızın canından əziz sandığı Azərbaycanımızın çoxəsrlik milli-mənəvi, ədəbi-tarixi, ictimai və mədəni irsini araşdıran əməkdaşlara verdiyiniz böyük dəyər ölkəmizdə elmin inkişafına və Azərbaycan Milli Elmlər Akademiyasına göstərdiyiniz qayğı və diqqətin bariz təzahürüdür.
Möhtərəm cənab Prezident, Sizin qətiyyətiniz, fövqəladə təşkilatçılıq bacarığınız və mahir diplomatiyanız sayəsində xalqımızın otuz illik yurd həsrətinə son qoyulmuş, Azərbaycanın bütün ərazisində suveren hüquqlarımız bərpa edilmişdir. Bu sahədə şəxsən mən Sizin fəaliyyətinizi şərəfli tariximizdə yalnız xalqımızın böyük oğlu I Şah İsmayılın xidmətləri ilə müqayisə edirəm. Vətənimizin ərazi bütövlüyü, hərtərəfli inkişafı və fıravanlığı naminə gördüyünüz çoxşaxəli titanik və yorulmaz fəaliyyətinizdə Ulu Tanrı yardımçınız olsun!
Sizə möhkəm cansağlığı, tükənməz enerji və yeni-yeni uğurlar arzulayıram. Bir daha mənim və bütün kollektivimizin dərin minnətdarlığını qəbul etməyi Zati-alinizdən xahiş edirəm.
Hörmətlə,
Gövhər Baxşəliyeva, akademik”.