Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alim Qazaxıstanda keçirilən beynəlxalq konfransda məruzə edib

19 Oktyabr 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Namiq Məmmədov oktyabrın 18-də Qazaxıstan Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutu və Qazaxıstan Təhsil Nazirliyi tərəfindən təşkil olunan "Çinin etnik azlıqların regional muxtariyyət siyasəti" mövzusunda təşkil etdiyi beynəlxalq elmi konfransda onlayn iştirak edib.



N.Məmmədov konfransda “Orta məktəb dərslikləri və Azərbaycandilli onlayn resurslarda Uyğur türklərinin müasir tarixi və ictimai-siyasi vəziyyətinin əksi və bu sahədə mövcud olan problemlər" mövzusunda məruzə edib. Məruzədə orta məktəb dərsliklərində və onlayn resurslarda - xəbər agentliyi, portal və saytlarda Uyğur türklərinin müasir tarixi və ictimai-siyasi vəziyyətini əks etdirən məlumatlar, onların təhlili aparılıb.

Download Template Joomla 3.0 free theme.