İlk olaraq, institutun Türkiyə tarixi və iqtisadiyyatı şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəşarət Bəşirovaya 75 illik yubileyi ilə münasibətilə Şərqşünaslıq İnstitutunun Fəxri fərmanı təqdim edilib.
İclasda Şərqşünaslıq İnstitutunun yeni doktorant və dissertantlarının mövzuları və elmi rəhbərləri təsdiqlənib.
Daha sonra institutda çapa təqdim olunan kitablar müzakirə olunub. “Şərq filologiyası məsələləri” toplusunun12-ci sayında türk, ərəb və İran filologiyasına dair elmi məqalələr toplanıb. Həmçinin institutun Din və ictimai fikir şöbəsinin böyük elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru Dürdanə Cəfərlinin “Müasir İslam fikrində Qurançlıq” və Ərəb ölkələri tarixi və iqtisadiyyatı şöbəsinin elmi işçisi Samid Bağırovun “Fütuhati-Şahi” və “Həbibus-Siyər” əsərləri əsasında Şah İsmayılın həyatı və şəxsiyyəti” adlı moniqrafiyalarının çapa təqdim olunması təsdiqlənib.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunda yeni kitablar çap olunacaq
Sentyabrın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Elmi Şurasının növbəti iclası keçirilib.
İclasa sədrlik edən AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutun direktoru akademik Gövhər Baxşəliyeva Elmi Şuranın gündəliyində olan məsələləri diqqətə çatdırıb.