Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

AZƏRBAYCANLI ŞƏRQŞÜNAS MOSKVADA KEÇİRİLƏN ELMİ TƏDBİRDƏ AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİ MÜDAFİƏ EDİB

05 Fevral 2018

2018-ci il fevral ayının 2-də Moskva Dövlət Beynəlxalq Əlaqələr İnstitutunda Vadim Muxanovun “Qafqaz inqilab dövründə. 1917-ci il – 1918-ci ilin birinci yarısı Zaqafqaziya tarixinə dair” kitabı əsasında “1918-ci il  Şamxor faciələri. İlkin şərtləri, gedişi və nəticələri” mövzusunda elmi seminar keçirilib. Tədbirdə  MDBƏİ-nun əməkadaşlarından başqa Moskvanın digər elmi və təhil müəssisələrinin  nümayəndələri, həmçinin Moskvada yaşayan azərbaycanlı tarixçi alimlər iştirak edib. AMEA akad.  Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun baş elmi işçisi, tarix elmləri doktoru, professor Solmaz Rüstəmova-Tohidi seminarda MDBƏİ-nun Qafqaz problemləri və regional təhlikəizlik Mərkəzinin böyük elmi işçisi  Vadim Muxanovun əsas elmi opponenti kimi çıxış edib.

 

Belə ki,  1917-1920-ci illər Cənubi Qafqazda baş verən hadisələrə dair yazdığı əsərlərində Azərbaycana və azərbaycanlılara qarşı qərəzli münasibəti ilə tanınan bu moskvalı alim öz yeni kitabında və seminardakı çıxışında da 1918-ci ilin əvvəllərində baş vermiş Şamxor hadisələrini məlum tarixi faktları  təhrif etməklə  və saxtalaşdırmaqla minlərlə insanın ölümünə səbəb olmuş bu faciədə Gürcüstanın və Azərbaycanın siyasi xadimlərini və xüsusilə azərbaycanlı əhalisini günahlandırıb.

1917-ci ilin sonlarında boşeviklərin hakimiyyətə gəlməsi ilə Rusiyanın I dünya müharibəsindən çıxması  Qafqaz cəbhəsi dağılmasına səbəb olmuş, on minlərlə silahlı əsgərin əmrə tabe olmaqdan boyun qaçırması isə bölgədə görünməmiş xaos və özbaşınalıq mühiti yaratmışdı. Bu şəraitində Qafqaz Cəbhəsi komandanlığı və yerli hakimiyyət orqanları cəbhədən evə qayıdan əsgərlərin tərksilah edilməsi, silahların bir qisminin yeni yaranmaqda olan Azərbaycan ordu hissələrinə verilməsi barədə qərar qəbul etmişdir.  Lakin Zaqafqaziya Dəmir yolu ilə Bakıya doğru  hərəkət edən və əsasən rus və erməni əsgərlərindən ibarət olan eşalonların  silahları verməkdən boyun qaçırması Şamxor dəmir yol stansiyasında qanlı qarşıdurmaya gətirib çıxarmişdir.Nəticədə hər iki tərəfdən  minlərlə  insan həlak olmuşdur. Birinci dünya müharibəsinin gedişində hərbi əməliyyatlardan biri sayılan bu hadisə öz zamanında müxtəlif fikirlər doğursa da, Stepan Şaumyanın erməni maraqlarından doğan və gürcü və müsəlman (Azərbaycan) milli qüvvələrinə ünvanlanan ittihamları sonradan Sovet tarixşünaslığında yer almışdır.

 O hadisədən 100 il keçdiyi, Rusiya tarixçilərinin özlərinin də sovet  dövrü tarixinə münaibətləri köklü surətdə dəyişdiyi halda, moskvalı alimin sırf bolşevik-erməni mövqeyindən yazılmış əsərləri və çıxışı prof. Solmaz Rüstəmova-Tohidi tərəfindən faktlar, sənədlər və elmi təhlil əsasında kəskin  tənqid edilmişdir. V.Muxanovun öz çıxışında  “faciə” adlandırdığı Şamxor hadisələrinin qurbanlarından danışarkən  yalnız rus və erməni əsgərlərindən bəhs etməsi, müharibə başlanan zamandan – 4 il müddətində -  qatarlarla  cəbhəyə gedən və qayıdan rus hərbi hissələrinin  Azərbaycan ərazisində törətdiyi  özbaşınalıqlar və cinayətlərindən əzab çəkən minlərlə Azərbaycan kəndlisinin Şamxor hadisələrində iştirakını və həlak olmasını isə ən təhqiramiz şəkildə  xatırlatmasını azərbaycanlı alim istər  elmi, istərsə də etik baxımdan qəbuledilməz olduğunu bildirmişdir. Özünün 40 dəqiqəlik çıxışında prof. S.Rütəmova-Tohidi  V.Muxanovun adı çəkilən əsərində  erməni generalı Andraniki,  erməni əsilli bolşevik Stepan Şaumyanı və digər erməni xadimlərini “rus xalqının dostu”,  azərbaycanlıları isə “onları 4 il cəbhələrdə müdafiə etmiş rus əsgərlərinə arxadan güllə atan quldurlar” adlandırması və s. bu kimi  ifadələri  nümunə gətirərək müəllifin  açıq-aydın erməni maraqlarından çıxış etdiyini vurğulamış, belə əsərlərin məqədyönlü şəkildə rus və Azərbaycan xalqları arasında  milli ədavəti qızışdırmaq kimi qiymələndirilə biləcəyini bütün seminar iştirakçılarınən nəzərinə çatdırmışdır.

    Seminarda iştirak edən erməni nümayəndələrin dəfələrlə azərbaycanlı alimin sözünü kəsmək, ayağa qalxaraq bəyanatlar vermək və digər təxribatlar törətmək cəhdlərinə baxmayaraq, onların tədbiri pozmaq niyyəti baş tutmamışdır. Qeyd olunmalıdır ki, azərbaycanlı jurnalistlər və tələbələrin həmin tədbirdə iştirakına icazə verilməmişdir.

Download Template Joomla 3.0 free theme.