Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Aygün Əlizadənin doktorluq dissertasiyasının müdafiəsi keçirilib

18 Sentyabr 2024

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının Azərbaycan Milli Elmlər Akademiyası akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun nəzdində fəaliyyət göstərən FD 1.18 Dissertasiya şurasının  bazasında yaradılmış BED 1.18 – Birdəfəlik Dissertasiya şurasının iclasında 5718.01 – “Dünya ədəbiyyatı (fars ədəbiyyatı)” ixtisasında Şərqşünaslıq İnstitutunun Yazılı abidələrin tədqiqi və nəşri şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aygün Əlizadə filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiya işinin müdafiəsi keçirilib.

 

İddiaçının elmi məsləhətçisi filologiya elmləri doktoru, professor Mehdi Kazımov, rəsmi opponentləri AMEA-nın həqiqi üzvü, filologiya elmləri  doktoru, professor Möhsün Nağısoylu, AMEA-nın həqiqi üzvü, filologiya elmləri  doktoru, professor Rafael Hüseynov, AMEA-nın həqiqi üzvü, filologiya elmləri  doktoru, professor Teymur Kərimli, filologiya elmləri doktoru, professor Qaley Allahverdiyevdir.

AMEA-nın vitse-prezidenti, Şərqşünaslıq İnstitutunun direktoru, akademik Gövhər Baxşəliyevanın sədrliyi ilə keçən müdafiədə iddiaçı doktorluq dissertasiyası barədə məlumat verib, elmi məsləhətçi çıxış edib və opponentlər rəylərini bildiriblər.

Uğurla keçən müdafiədə səsverməyə əsasən Dissertasiya şurasının  qərarı ilə Aygün Əlizadənin filologiya üzrə elmlər doktoru elmi dərəcəsi almaq üçün təqdim etdiyi dissertasiyaya müsbət rəy verilib.

Download Template Joomla 3.0 free theme.