Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünaslıq İnstitutunda Rəhbər heyətinin Mülki Müdafiə məşqi keçirilib

11 Sentyabr 2024

Sentyabrın 11-də AMEA-nın akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunda Rəhbər heyətinin Mülki müdafiə məşqi keçirildi.

İnstitut əməkdaşlarının iştirakı ilə keçirilən tədbirdə İnstitutun Mülki Müdafiə qərargahının rəisi Namiq Abdullayev “Fövqəladə hadisələrin nəticələrinin aradan qaldırılması zamanı Mülki Müdafiə qüvvələrinin hazırlığının yoxlanılması” mövzusunda çıxış etdi.

 

Tədbir İnstititutun direktoru akademik Gövhər Baxşəliyevanın 02 sentyabr 2024-cü il tarixli 105 nömrəli əmri ilə keçirilib. Tədbirə keçirmək haqqında sənədlər Mülki Müdafiə Qərargahında hazırlanıb.

İnstitutun Mülki Müdafiə qərargah rəisinin köməkçisi Ceyhun Mürşüdzadə Mülki Müdafiəyə dair əmrləri toplantı iştirakçılarına çatdırdı.

İnstitutun direktor müavini Pərviz Ağayev fövqəladə hallar zamanı məlumatlı olmağın və düzgün tədbirlərin görülməsinin əhəmiyyəti barədə Vətən müharibəsi zamanı öz şəxsi təcrübəsi əsasında danışdı.

Tədbirdə fövqəladə hallar zamanı baş verən zaman Mülki Müdafiə qüvvələrinin iştirakı, yanğınlar zamanı yanğınsöndürən balonlardan istifadə etmək, birinci yardım göstərmək və s. barədə filmlər nümayiş olundu.

AMEA-nın Mülki Müdafiə şöbəsinin rəis müavini Hikmət Babayev mövzu ilə əlaqədar öz tövsiyyələrini verdi.

  

   

  

 

Download Template Joomla 3.0 free theme.