Məqalədə XX əsrin 30-cu illərindən etibarən Şərqlə Qərb arasında mövcud olan fərqli və oxşar nöqtələr müəyyənləşdirilir. Bildirilir ki, oxşar cəhətlər antik dövr, yunan elminin dirçəlişi, mədəniyyətin və cəmiyyətin sosial-iqtisadi inkişafı ilə müəyyən edilir. Şərqlə Qərb arasındakı oxşarlıq və fərqləri görmək üçün ilk növbədə Şərqlə Qərbin tarixi proseslərinin mahiyyətini aydınlaşdırmaq lazımdır. Bu mövzuda ən aktual amillərdən biri Qərblə Şərq arasında paralellərin çəkilməsi, eləcə də ayrı-ayrı düşüncə tərzinin inkişaf qanunauyğunluqlarına əməl edilməsi və regionlara münasibətdə bu inkişafın xüsusiyyətlərini öyrənməkdir. Ən vacib məsələlər arasında diqqət yetirilənlər Şərq və Qərb təfəkkürünün ümumi xüsusiyyətlərini və onların meydana çıxma səbəblərini şərh edə bilmək üçün Şərq və Qərb düşüncə yolları arasındakı oxşarlıq və fərqliliklərin araşdırılması, Şərq və Qərb təfəkkürünün düşüncə və ədəbi-bədii əlaqələrinin vəhdət təşkil etməsidir.
Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.
Şərqşünaslıq İnstitutunun əməkdaşının məqaləsi Türkiyədə dərc olunub
AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Şərqşünaslığın tarixi və nəzəriyyəsi şöbəsinin əməkdaşı Aynurə Məmmədovanın “Şərq və Qərbin mədəni inkişaf xüsusiyyətləri” adlı məqaləsi Türkiyədə “Milli Kültür Araşdırmalar Dərgisi”ndə çap olunub.