Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimin məqaləsi Birləşmiş Ərəb Əmirliklərində dərc olunub

02 Avqust 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Ruhəngiz Cümşüdlünün "Məhəmməd Füzulinin "eşq" konsepsiyasında fəlsəfi və irfani məqamlar (ərəbcə şeirləri əsasında)" adlı məqaləsi Birləşmiş Ərəb Əmirliklərinin Şarja Kitab Palatasının mətbu orqanı olan nüfuzlu "الناشر الاسبوعي" (Publishers Weekly Arabic) jurnalında dərc olunub.



Məqalədə Məhəmməd Füzulinin ərəbcə şeirlərində əks olunan "eşq" konsepsiyasının fəlsəfi-irfani və bədii-estetik mündəricəsi təhlil olunur. Müəllif qeyd edir ki, Füzulinin ərəbcə qəsidələrində eşq fəlsəfi məna kəsb edərək geniş və əhatəli məzmun daşıyır, şairin poetik sözünün əsas qayə və məqsədini şərtləndirən amil kimi çıxış edir. Füzuli kəlamında bu ali duyğunun tərənnümü təsəvvüf çalarları kəsb etmiş, sufi terminləri kontekstində beytlərin obrazlılığı daha da mürəkkəbləşmişdir.

Download Template Joomla 3.0 free theme.