Deutschland online bookmaker http://artbetting.de/bet365/ 100% Bonus.

Şərqşünas alimin məqaləsi Türkiyədə dərc olunub

08 İyun 2024

AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Gülər Qafqazlının məqaləsi Türkiyədə beynəlxalq indeksli “Bengi” elmi jurnalında dərc olunub.

Jurnalın Məmməd Əmin Rəsulzadənin 140 illiyinə həsr olunmuş nömrəsində G.Qafqazlının “Məmməd Əmin Rəsulzadənin “Yeni Qafqaz” yazılarına dair” adlı məqaləsi çap olunub. Məqalə Şərqdə ilk demokratik respublikanın qurucusu Məmməd Əmin Rəsulzadənin İstanbulda yaşadığı mühacirət həyatı zamanı milli mübarizəsini aparmaq, öz ideya və fikirlərini yaymaqdan ötrü dərc etdirdiyi “Yeni Qafqaz” adlı qəzet və məcmuəyə həsr olunub. G.Qafqazlı azadlıq uğrunda mübarizəsini qələmi ilə davam etdirən M.Ə.Rəsulzadənin həmin məcmuədə çap etdirdiyi yazılarında toxunulan məsələlərdən, söylənilən fikirlərdən bəhs edib.

 

Download Template Joomla 3.0 free theme.